05.05.2022
04.05.2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Almalı kənd kitabxana filialı Azərbaycan şairi,tərcüməçi professor Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar olaraq “Əhməd Cavad-130” mövzusunda onlayn tədbir keçirildi.Tədbiri giriş sözü ilə Almalı kənd kitabxana filialının müdiri Zenfira Nəcəfova açaraq Əhməd Cavadın Həyat və yaradıcılığı haqqında məlumat verdi.Tədbirdə Gəncə şəhər Marif evi İctimai Birliyinin həmtəhsisçisi İmamverdi Vəliyev,Kəlbəcər rayon 11 saylı tam orta məktəbin tarix müəllimi Mənzər Məhərrəmova, Gəncə Humanitar Kollecin müəllimi Könül Məmmədova çıxış edərək bildirdilər ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilməsindən,bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmasından, Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsindən,Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilməsindən danışdılar.Tədbirdə Kəlbəcər rayon 11 saylı tam orta məktəbin şagirdləri Əhməd Cavadın yazdığı şeirləri söylədilər.Kəlbəcər rayon Uşaq İncəsənət məktəbinin 3-cü sinif şagirdi Nəzrin Nəcəfova Fortepianoda
“Çırpınırdı Qara dəniz”mahnısını ifa etdi.